Yuxarı

Əfqan Sadıqovun məhkəməsi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqan Sadıqovun məhkəməsi başladı

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Təqsirləndirilən Əfqan Sadıqovun vəkili Nemət Kərimli iki vəsatət verib.

O, müvəkkilinin ev dustaqlığına buraxılmasını və məhkəmə prosesi zamanı yanında əyləşməsinə icazə verilməsini xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası noyabrın 3-nə təyin olunub.

Qeyd edək ki, Əfqan Sadıqov bu ilin aprel ayında Gürcüstandan Azərbaycana deportasiya edilib. İyun ayında icraatına xitam verilmiş cinayət işi yenidən açılıb və o, həbs edilib.

Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2026.10.23 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla