Yuxarı

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığının digər sahələrdə də inkişaf etdirmək barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlarda tərəflər ticarət, investisiya və energetikaya xüsusi diqqət yetirməklə ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

"İqtisadiyyatlarımızın bir-birini tamamladığını nəzərə alaraq, ikitərəfli ticarət və investisiyaların daha da genişləndirilməsi üçün kifayət qədər böyük imkanların olduğunu düşünürük", - Hindistanın XİN rəhbəri qeyd edib.

Cayşankar vurğulayıb ki, uzun illər ərzində Hindistan şirkətləri Azərbaycanda geniş şəkildə təmsil olunur. Xüsusilə, o, Hindistan biznesinin ölkənin neft və energetika sahələrinə yatırdığı investisiyalara diqqət çəkib.

Nazir əlavə edib ki, tərəflər həmçinin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin və mübadilələrin həyata keçirilməsini nəzərdən keçiriblər.

Tarix
2026.10.23 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla