Yuxarı

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də...

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dəmir Yolları QSC-də olublar.

Axar.az xəbər verir ki, görüş zamanı ADY ilə Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı, dəmir yolu sektorunda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

ADY nümayəndələri qonaqlara Azərbaycanın dəmir yolu sisteminin inkişafı, sərnişin daşımalarında tətbiq olunan müasir həllər və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, ADY ölkənin nəqliyyat bağlantılarının gücləndirilməsi, dayanıqlı və rəqəmsal nəqliyyat həllərinin tətbiqi, eləcə də sərnişinlərə rahat və təhlükəsiz xidmətlərin göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Daha sonra AİB Direktorlar Şurasının üzvləri ADY-nin sərnişin xidmətlərindən istifadə edərək qatarla Gəncə şəhərinə yola düşüblər.

Səfər Azərbaycanın dəmir yolu infrastrukturunun və sərnişin daşımaları sahəsində tətbiq olunan müasir yanaşmaların beynəlxalq tərəfdaşlara təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tarix
2026.09.16 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla