Yuxarı

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

Tiqranaşendə (Kərki - red.) olarkən Şurnuxuda baş verənlər yadıma düşdü.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan deyib.

O bildirib ki, Şurnuxunun yarısı Azərbaycana təhvil verildisə, deməli, yekunda Kərki də qaytarılacaq:

“Şurnuxuda 10-dan çox evin damına Azərbaycan bayrağı sancılıb. Biz kəndin başındayıq, aşağısında isə Azərbaycan lövhəsi var. O vaxt hökumət nümayəndələri “döyüş olmasın deyə, bu ərazini verməliyik”, – dedilər. Nəticədə kənd ikiyə bölündü və yarısı Azərbaycana verildi”.

Qeyd edək ki, Şurnux kəndinin bir hissəsinin Azərbaycana qaytarılması 2021-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin dəqiqləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Sərhədin müəyyənləşdirilməsi zamanı GPS koordinatlarından, eləcə də sovet dövrünə aid xəritələrdən istifadə olunub. Bu proses nəticəsində kəndin Azərbaycan ərazisində yerləşən hissəsi üzrə dövlət sərhədinin xətti dəqiqləşdirilib və ərazi Azərbaycanın nəzarətinə keçib.

Tarix
2026.09.16 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla