Yuxarı

Fransada nüvə reaktorlarının fəaliyyəti dayandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada nüvə reaktorlarının fəaliyyəti dayandırıldı

Fransada davam edən güclü isti hava dalğası enerji istehsalına da təsir göstərib. EDF şirkəti “Golfech, “Bugey” və “Nogent-sur-Seine” stansiyalarında yerləşən üç nüvə reaktorunun fəaliyyətini müvəqqəti dayandırıb.

Axar.az xəbər verir ki, bundan əlavə, “Saint-Alban” stansiyasında da istehsalın azaldılması qərara alınıb.

Fransada nüvə stansiyaları soyutma sistemi üçün çay axınlarından istifadə edir. Güclü istilər zamanı bu suların temperaturu artdığından, reaktorların fəaliyyəti məhdudlaşdırıla və ya tam dayandırıla bilər. Məqsəd isti suyun yenidən çaylara buraxılması nəticəsində ekosistemə zərərin qarşısını almaqdır.

Ölkədə fəaliyyət göstərən 57 nüvə reaktorunun işi ciddi ekoloji qaydalarla tənzimlənir. “Golfech” stansiyasında çayın temperaturu 28°C-ni keçməməlidir. “Nogent-sur-Seine” stansiyasında isə Sena çayının temperatur artımı yuxarı və aşağı axın arasında 3°C-dən çox olmamalı və orta temperatur 28°C-ni keçməməlidir.

Tarix
2026.06.27 / 01:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla