Yuxarı

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxt Buxaretdən sonra Rumıniyanın ikinci böyük şəhəri olan Kluj-Napoka şəhərinin vitse-meri Dan Ştefan Tarçeya ilə görüşü keçirilib.

Bu barədə Axar.az-a Azərbaycanın Rumıniya səfirliyindəki mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.

Dan Ştefan Tarçeya Kluj-Napokada həyata keçirilən iri miqyaslı infrastruktur və sosial layihələr, şəhərin inkişafı istiqamətində görülən işlər, habelə gələcək inkişaf planları barədə Azərbaycan tərəfinə geniş məlumat verib.

Elçin Yusubov öz növbəsində təmsil etdiyi bölgədə aparılan işlər barədə danışıb. O, 30 ildən artıq davam edən işğaldan sonra Azərbaycan torpaqlarının dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildiyi, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə öz doğma torpaqlarına qayıtdığını, Qarabağın hər bir ərazisində aparılan tikinti, bərpa-quruculuq işləri barədə söz açıb.

Prezidentin xüsusi nümayəndəsi məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə regionda sülh prosesinin başlandığını, bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasının nəinki bütün Cənubi Qafqaz, Avropa, xüsusən Rumıniya ilə ticari və iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüş əsnasında tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

Tarix
2026.08.14 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla