Yuxarı

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Müharibənin yaratdığı zərərlərin nəticələrinin aradan qaldırılması üçün xüsusi iqtisadi qərargah yaradılıb.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsi zamanı İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri Səməd Həsənzadə bildirib.

İrana qarşı son müharibənin yaratdığı zərərlərdən danışan Həsənzadə bildirib ki, müharibə dünyanın hər yerində müharibəyə cəlb olunan ölkələrə zərər vurur və İran da bu müharibə nəticəsində böyük itkilərə məruz qalıb.

O, İranın ali rəhbəri və ölkənin komandanlarının öldürülməsinin də bu itkilər sırasında olduğunu deyib.

İran rəsmisi əlavə edib ki, ölkənin bütün məsul şəxsləri iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadi sahədə zəruri islahatların həyata keçirilməsi istiqamətində çalışırlar.

Həsənzadənin sözlərinə görə, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşəbbüsü ilə müharibənin yaratdığı zərərlərin iqtisadi nəticələrini aradan qaldırmaq məqsədilə iqtisadi fəalların iştirakı ilə xüsusi iqtisadi qərargah yaradılıb.

O bildirib ki, qərargahın əsas məqsədləri iqtisadi müəssisələrin vəziyyətini izləmək və qiymətləndirmək, istehsalın və təchizat zəncirinin davamlılığının qorunmasına dəstək vermək, maliyyə, pul-kredit və beynəlxalq məsələləri araşdırmaqdır.

Həsənzadə İran və Qafqaz ölkələri arasında yüksək iqtisadi potensiala da toxunaraq deyib ki, İran iqtisadiyyatına sanksiyalar nəticəsində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması bu ölkələrlə ticarətin inkişafı üçün geniş imkanlar yaradacaq.

Palata rəhbəri Tehran və Bakı arasındakı iqtisadi potensialı da qeyd edib. O bildirib ki, qonşu Azərbaycan geniş mədəni və dil oxşarlıqları nəzərə alınmaqla İran üçün böyük iqtisadi tərəfdaşdır.

Həsənzadə ou da vurğulayıb ki, bəzi problemlərin mövcudluğuna baxmayaraq, İranın siyasəti Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdir.

O, Şimal-Cənub strateji dəhlizinin tamamlanması prosesinə də toxunaraq bildirib ki, bu dəhliz, xüsusilə Azərbaycan ərazisindən yüklərin tranzitinə imkan verməklə, İran iqtisadiyyatına böyük töhfə verə bilər.

Həsənzadə qeyd edib ki, Şimal-Cənub dəhlizi üzrə xüsusilə Rusiya tərəfindən geniş ekspertiza işləri aparılıb və hazırda Rusiya tərəfi bu istiqamətdə İran İslam Respublikası ilə zəruri əməkdaşlıq edir.

“Əminəm ki, bu marşrut İran mallarının Avropa ölkələrinə ixracı üçün ən böyük kommunikasiya yollarından birinə çevriləcək”, – o bildirib.

Tarix
2026.08.14 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla