Yuxarı

İçkili halda işıq və qaza görə 102-yə zəng etdi, həbs olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İçkili halda işıq və qaza görə 102-yə zəng etdi, həbs olundu

Daxili İşlər Nazirliyinin (DİN) 102 Xidməti-Zəng Mərkəzinə elektrik enerjisi və qaz təchizatının kəsilməsi ilə bağlı şikayət edən şəxs həbs edilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1986-cı ildə Lerik rayonunda anadan olmuş G.B. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işə məhkəmədə baxılıb.

Belə ki, təqsirləndirilən şəxs 102 mərkəzinə zəng edərək yaşadığı evdə elektrik enerjisi və qaz təchizatının kəsilməsi ilə bağlı şikayət edib, maddi imkanı olmadığı üçün kommunal xidmətlər bərpa etdirə bilmədiyini və kömək göstərilməsini xahiş edib.

Vətəndaş həmin vaxt spirtli içki qəbul etdiyindən 102 xidmətinə bir neçə dəfə təkrar zəng edərək məlumat verib, bu zaman əsəbiləşərək təhqiredici ifadələr işlədib.

Məhkəmədə əməlindən peşman olduğunu deyə G.B. həmin vaxt içkili olduğunu deyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2025.10.22 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla