
Biz "Qarabağ"ı bu oyuna məcbur etdik - Valverde
01:27
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Polşa Hərbi Hava Qüvvələrinin pilotları Rusiya Prezidenti Vladimir Putini ABŞ Prezidenti Donald Trampla görüş üçün Macarıstana aparan təyyarəni vurmaq səlahiyyətinə malikdirlər.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Polşanın GROM xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri, general Roman Polko səsləndirib.
Generalın sözlərinə görə, əgər təyyarə Polşanın hava məkanına daxil olarsa, pilotlara onu məcburi endirməyə və ya hətta vurmağa icazə verilib.
Xatırladaq ki, bir müddət əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski də analoji bəyanatla çıxış edərək, Varşavanın Rusiya liderini daşıyan təyyarəni endirməyə hazır olduğunu demişdi.
Tarix
2025.10.22 / 22:14
|
Müəllif
Axar.az
|