Yuxarı

Biz "Qarabağ"ı bu oyuna məcbur etdik - Valverde

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz "Qarabağ"ı bu oyuna məcbur etdik - Valverde

Bizə erkən qol vurulsa da, sakitliyimi qorudum. Qarşımızda hələ bütün oyun var idi. Oyuna bir qədər tələsik başladıq, sanki ikinci qolu birincidən əvvəl vurmaq istəyirdik. Amma epizodlar yaratmağa davam etdik və bu, həlledici amil oldu.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletik"in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasını Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri matçdan (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis görüşdəki geridönüşlərini belə şərh edib:

"Bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Fasiləyə qədər hesabı bərabərləşdirməyimiz vacib idi, çünki nəticədə geridönüş edə bildik. Bizim üçün qələbə çox önəmli idi. Qollar vurduq və oyunun taleyini dəyişdik, bu isə Çempionlar Liqasında asan deyil.

Biz "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdır. Qapımıza vurulan qolda topu oyuna çıxararkən özümüzü çətin vəziyyətə saldıq, bu da hiss olunurdu, qol bir qədər qəribə alındı. Digər epizodda Yuri topu qapı xəttindən çıxardı, bu da bizim üçün çox vacib an idi”.

Tarix
2025.10.23 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla