Yuxarı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Oktyabrın 21-22-də İrəvanda olmuş Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov səfər barədə sosial şəbəkədə paylaşım edib.

Axar.az xəbər verir ki, politoloq Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşündə iştirak etdiyini bildirib.

"Uzun illərdən sonra ilk dəfə olaraq Azərbaycan təyyarəsi “Zvartnots” hava limanına enib – bu, yaxın gələcəkdə iki ölkə münasibətlərində adi hala çevrilə biləcək mühüm detal kimi qiymətləndirilir.

Heç kimə sirr deyil ki, Azərbaycan və Ermənistan ekspertləri müxtəlif beynəlxalq layihələr və tədbirlər çərçivəsində vaxtaşırı görüşürlər. Lakin bu dəfə bütün detallar sırf ikitərəfli formatda hazırlanıb - İrəvana uçuşdan tutmuş proqramın formalaşdırılmasına və mətbuat açıqlamasının mətninə qədər, hər şey iki ölkənin təşəbbüsü ilə gerçəkləşib. Bu, sülh gündəliyi baxımından çox vacib məqamdır, çünki müstəqil şəkildə təşkil olunan belə görüşlər tərəflərə əlavə məsuliyyət və sülh prosesinə yeni impuls qazandırır", - Məmmədov vurğulayıb.

Qeyd edək ki, İrəvana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar.

Tarix
2025.10.23 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla