Yuxarı

Marketlərdə toyuq filesi niyə yoxdur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marketlərdə toyuq filesi niyə yoxdur?

Bakıda bir sıra marketlərdə toyuq filesinin satışda olmadığı, bəzi satış nöqtələrində isə məhsulun əvvəlki dövrlə müqayisədə daha baha qiymətə təklif edildiyi müşahidə olunur. Satıcıların sözlərinə görə, məhsul bir müddətdir ki, mağazalara əvvəlki həcmdə gətirilmir.

File almaq istəyən istehlakçılar isə əsasən ixtisaslaşmış toyuq məhsulları mağazalarına üz tutmalı olurlar. Bu satış nöqtələrində də qiymətlər əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hazırda toyuq filesinin ən ucuz qiyməti 8,5 manatdan başlayır.

Satıcılar son bir ay ərzində məhsulun qiymətinin təxminən 1,5 manat artmasını toyuq filesi üzrə yaranan qıtlıqla əlaqələndirirlər.

Axar.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli Modern.az-a açıqlamasında son dövrlərdə toyuq filesi və doğranmış toyuq hissələri üzrə ciddi qıtlığın müşahidə olunmadığını bildirib.

Onunm sözlərinə görə, bəzi satış nöqtələrində yaranan çatışmazlığın əsas səbəblərindən biri tələbatın artmasıdır.

M.Həsənlinin fikrincə, sentyabr ayında insanların tətildən qayıtması, eləcə də ölkəyə gələn turistlərin sayının çoxalması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı artırıb. Bundan başqa, qırmızı ətin son dövrdə 1-2 manat bahalaşması da istehlakçıların toyuq ətinə yönəlməsini gücləndirib.

“Yaxın 3-5 gündə bu qıtlıq aradan qalxacaq. Hazırda istehsalda kifayət qədər toyuq var”, - deyə Mürvət Həsənli bildirib.

Assosiasiya sədri qiymət artımının da gözlənilmədiyini deyib.

Tarix
2026.09.28 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla