Yuxarı

İlham Əliyev fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Agentliyin nizamnamə fondu bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumlar üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin qurumların öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait, habelə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin mövcud nizamnamə fondu və bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılır;”;

1.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.4. bu Fərmanın 3.2-1-ci bəndi nəzərə alınmaqla, 2026-cı ildən başlayaraq Agentliyin saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə vəsait nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Tarix
2025.10.23 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla