Yuxarı

Qumar oyunlarını reklam edənlər cəzalandırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumar oyunlarını reklam edənlər cəzalandırılacaq

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi monitorinqlər aparılır və Agentliyə daxil olan müraciətlər araşdırılır.

Axar.az xəbər verir ki, ötən dövr ərzində bir sıra rəqəmsal platforma təsirçiləri (influenser) tərəfindən qumar və mərc oyunlarının reklamının həyata keçirilməsi ilə bağlı Agentliyə 5 müraciət daxil olub.

Aparılan araşdırmalar nəticəsində sözügedən rəqəmsal platforma təsirçilərinin (influenser) sosial şəbəkə hesablarında qanunsuz qumar və mərc oyunları səhifələrinin təbliğinə yönəlmiş reklamların yayımlandığı aşkar edilib.

Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub.

Bununla əlaqədar, 5 fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib.

Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Tarix
2025.10.23 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla