Yuxarı

Türkiyədə məşhur bələdiyyə sədrinə hökm oxundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə məşhur bələdiyyə sədrinə hökm oxundu

Türkiyənin Bolu bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində məhkəmə hökmü açıqlanıb.

Axar.az xəbər verir ki, hökm Bolu 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan edilib.

Məhkəmə Bolu bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılmış Tanju Özcanın da daxil olduğu 19 təqsirləndirilən şəxs barəsində qərar qəbul edib.

Özcan qərardan öncə məhkəmə zalında olan oğluna müraciətlə bu sözləri deyib:

“Haram çörəklə böyümüş insanlar deyilik. “Atam mənə heç vaxt haram tikə yedirməyib” deyəcəksən. Bu gün qəbul edilən qərar sənin ümid etdiyin və ya gözlədiyin kimi olmaya bilər. Nəticə nə olursa-olsun, başını dik tut. Boğazından heç vaxt haram tikə keçməyib, cibinə də heç vaxt haram yolla əldə edilmiş pul girməyib”.

Marketlər və lisenziyalarla bağlı iş üzrə Tanju Özcan 7 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həbs edilənlər “irtikap”la (dövlət məmurunun və ya ictimai vəzifə daşıyan şəxsin öz mövqeyindən, səlahiyyətindən və nüfuzundan sui-istifadə edərək qarşı tərəfi məcbur etmək, aldatmaq və ya onun səhvindən yararlanmaq yolu ilə özünə və ya başqasına haqsız qazanc (maddi mənfəət, rüşvət) təmin etməsi) ittiham edilib.

Tarix
2026.10.20 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla