Yuxarı

İcra başçısının oğluna yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısının oğluna yüksək vəzifə verildi

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Aparat rəhbəri postuna Kənan Firdovsi oğlu Əliyev gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.

K.Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011–2014-cü illərdə Mançester Universitetinin Biznes Məktəbində bakalavr təhsili alıb. 2014–2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.

2023–2024-cü illərdə İspaniyanın Madrid şəhərində yerləşən İE Universitetinin Biznes Məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.

Əmək fəaliyyətinə 2016-cı ildə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis kimi başlayan K.Əliyev, 2017–2021-ci illərdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində çalışıb.

2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsini icra edib. 2022-ci ilin sentyabrından 2025-ci ilin avqustunadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik kimi fəaliyyət göstərib.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.

Tarix
2025.10.23 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla