Yuxarı

Kəmaləddin Heydərov Polşada... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Polşada... - Video

Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və iclas çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçirilib.

Bu barədə Axar.az-a Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Tədbirlərdə iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib.

Əvvəlcə, K.Heydərov və Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini Mixal Baranovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edən K.Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, eləcə də nəqliyyat, dəmir yolu infrastrukturu, kənd təsərrüfatı, turizm, qida, tikinti, enerji və digər sahələrdə əməkdaşlığın inkişafının ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Azərbaycanda xarici sərmayədarlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühitinin Polşa şirkətlərinin ölkə iqtisadiyyatına sərmayə yatırmaları baxımından geniş imkanlar yaratdığını bildirən nazir, keçirilən biznes forumun iqtisadi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən M.Baranovski Azərbaycan və Polşa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, bu istiqamətdə məqsədyönlü tədbirlər görüldüyünü, keçirilən biznes forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO, Azərbaycanın Mərkəzi Avropa üzrə Ticarət Nümayəndəliyi və Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə keçirilmiş biznes forumda Azərbaycan və Polşadan ümumilikdə 130-dan çox iş adamı iştirak edib.

Daha sonra Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası öz işinə başlayıb.

İclasda çıxış edən Komissiyanın Azərbaycan tərəfindən həmsədri K.Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Polşa tərəfinə təşəkkür edib.

Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını xatırladan nazir, iki ölkə liderləri arasında keçirilən səmərəli görüşlərin və mövcud qarşılıqlı etimadın ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin daha da inkişafı üçün möhkəm əsaslar yaratdığını bildirib. Bu çərçivədə, hazırkı iclasın ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha genişlənməsinə, eləcə də davamlı tərəfdaşlığın yeni layihələr və praktiki təşəbbüslər vasitəsilə möhkəmləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.Komissiyanın Bakıda keçirilmiş 8-ci iclası çərçivəsində imzalanmış sənədlər üzrə ötən dövr ərzində həyata keçirilmiş məhsuldar fəaliyyətdən danışan nazir K.Heydərov vurğulayıb ki, Komissiyanın əvvəlki qərarlarının icrası nəticəsində Azərbaycan-Polşa iqtisadi əlaqələrində müsbət nəticələr əldə edilib, sənaye və kənd təsərrüfatının müxtəlif sahələri, enerji, logistika və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məqsədilə praktiki addımlar atılıb.

Çıxış edən M.Baranovski ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu xatırladıb və Hökumətlərarası Komissiya çərçivəsində səmərəli fəaliyyətdən danışıb.

İclasda qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi edilib, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Tədbirin sonunda "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu" imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – K.Heydərov və M.Baranovski imzalayıblar.

Həmçinin, iclas çərçivəsində "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva və Polşa Respublikasının Baş Baytarlıq Müfəttişliyinin rəisi Pavel Meyer imzalayıblar.

Tarix
2025.10.23 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla