Əsəbi olanlar, bu çayı içsin!
02:18
| Ana səhifə Planet |
|
5 illik həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada ölümlə hədələnib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Sarkozi Parisdəki La Sante həbsxanasına gəlişi zamanı məhbuslar tərəfindən təhdid olunub.
Paris prokurorluğu yayılmış video görüntülər barədə məlumatlandırılıb. İstintaq çərçivəsində 3 məhkum dindirilib, həbsxanada aparılan axtarış zamanı iki mobil telefon götürülüb.
2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş Sarkozi Liviyada seçki kampaniyası üçün vəsait toplamaqda təqsirli bilinərək çərşənbə axşamı həbs edilib.
|
Tarix
2025.10.24 / 00:20
|
Müəllif
Axar.az
|