Yuxarı

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara söykəndiyini bir daha nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Prezidentimizin sözlərində həm siyasi uzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyər aydın şəkildə hiss olunur:

“Dövlətimizin başçısı Qazaxıstanın inkişafını və Prezident Qasım-Jomart Tokayevin modernləşmə siyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu gün regionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət kimi möhkəmlənib. Cənab Prezidentin bu fikirləri, əslində, Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin möhkəmlənməsinə verdiyi töhfədir".

Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri sadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlara söykənir:

“Cənab Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ən çətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib. Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunu göstərir.

Dövlətimizin başçısının çıxışında sülh mövzusu da mühüm yer tutur. Cənab Prezident Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımların səmimiliyini və praktiki nəticələrini diqqətə çatdırdı. Qazaxıstanın Ermənistana taxıl tranziti buna real nümunədir. Azərbaycan bu addımı atmaqla sülhün kağız üzərində deyil, real həyatda da təcəssüm tapmasına şərait yaradıb. Dövlət başçısının fikrincə, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq artıq regional deyil, qlobal əhəmiyyət kəsb edir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələr həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi möhkəmləndirəcək. Beləliklə, cənab Prezident İlham Əliyevin bəyanatı qardaşlıq, əməkdaşlıq və sülh fəlsəfəsini özündə birləşdirən mühüm siyasi sənəddir. Bu çıxış Azərbaycanın regionda sabitlik, tərəfdaşlıq və inkişaf xəttinə sadiqliyinin bariz nümunəsidir”.

Tarix
2025.10.23 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla