Yuxarı

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Muxtar Tleuberdini xarici işlər naziri təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona uğurlar arzulayıb.

Nazirlər arasında Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin cari gündəliyi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq, qardaşlıq, qarşılıqlı etimad və həmrəylik prinsipləri əsasında dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. İkitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək yüksək qiymətləndirilib. Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin və mövqelərin əlaqələndirilməsinin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Telefon danışığı zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2026.09.04 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla