Yuxarı

Pay torpaqları vətəndaşlardan alınacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pay torpaqları vətəndaşlardan alınacaq?

Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub.

Axar.az Baku.vs-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, bu proseslə bağlı ən çox müzakirə olunan məqam pay torpaqlarının vətəndaşlardan alınıb-alınmayacağıdır:

"Pay torpaqları heç bir halda vətəndaşlardan məcburi şəkildə alınmayacaq. Konsolidasiya yalnız torpaq sahibinin razılığı əsasında həyata keçirilə bilər. Torpağın birgə istifadəyə verilməsi isə həmin sahəyə mülkiyyət hüququnun itirilməsi demək deyil.

Konsolidasiyanın əsas məqsədi xırda və parçalanmış torpaq sahələrini daha səmərəli təsərrüfat fəaliyyətinə cəlb etməkdir. Kiçik sahələrdə müasir suvarma sistemlərinin qurulması, texnikadan səmərəli istifadə və məhsulun maya dəyərinin aşağı salınması bəzən çətin olur. Sahələr birləşdirildikdə isə kombayn, traktor və digər kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə etmək, suya qənaət və məhsuldarlığı artırmaq imkanları genişlənir.

Məsələn, bir neçə fermer öz torpaqlarını könüllü şəkildə birgə istifadəyə verərsə, həmin sahələr vahid təsərrüfat kimi becərilə bilər. Əldə olunan gəlirin bölüşdürülməsi isə bir qayda olaraq, birləşdirilən torpaqların ümumi sahədəki payına uyğun həyata keçirilə bilər. Beləliklə, fermer torpağını itirmədən daha böyük təsərrüfatın imkanlarından yararlanır".

Vüqar Bayramov əlavə edib ki, bu istiqamətdə Niderland, İsrail və Cənubi Koreya kimi ölkələrin təcrübəsinin öyrənilməsi də təsadüfi deyil:

"Həmin ölkələrin təcrübəsi göstərir ki, torpaqların daha səmərəli təşkil olunması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və istehsal imkanlarının genişlənməsinə şərait yarada bilər.

Azərbaycanda aparılmış torpaq islahatının əsas prinsiplərindən biri olan ədalətlilik və vətəndaşın mülkiyyət hüququnun qorunması bu prosesdə də əsas götürülür. Buna görə də konsolidasiya torpağın sahibindən alınması deyil, torpaq sahibinə öz sahəsindən daha səmərəli istifadə etmək və gəlirini artırmaq üçün yeni imkanların yaradılması kimi nəzərdə tutulur.

Bir sözlə, vətəndaşın razılığı olmadan onun pay torpağı birləşdirilməyəcək və mülkiyyət hüququ əlindən alınmayacaq. Əsas hədəf torpaqları vətəndaşlardan almaq deyil, parçalanmış sahələrin daha səmərəli istifadəsi, xərclərin azaldılması, məhsuldarlığın artırılması və nəticədə fermerlərin gəlirlərinin yüksəldilməsidir".

Tarix
2026.09.04 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla