Yuxarı

Xalq artistinin müalicə prosesi nəzarətə götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin müalicə prosesi nəzarətə götürüldü

Xalq artisti, pianoçu Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Anar Ələkbərov Xalq artistinə baş çəkib.

“Əziz Murad!

Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.

Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Allah sənə güc, möhkəm cansağlığı və şəfa versin. Hamımız sənin səhnəyə qayıtmağını səbirsizliklə gözləyirik”, - Anar Ələkbərov qeyd edib.

Tarix
2026.09.04 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla