Yuxarı

Kamal Abdullanın romanı Türkiyədə çap olundu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın romanı Türkiyədə çap olundu - Foto

Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanı Türkiyədə işıq üzü görüb.

Kult.az xəbər verir ki, Bəxtiyar Aslanın türk dilinə çevirdiyi əsər yazıçının sayca beşinci romanıdır.

Müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir.

Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər həm Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında romandır, həm də Vaqif əsər boyu yazmaqda olduğu kitab mənasında roman.

“Ötüken” nəşriyyatında çap olunan kitabın ön sözü çoxmüəlliflidir. Ön sözdə xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu və Aqşin Yeniseyin fikirləri yer alıb.

Qeyd edək ki, “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” 2021-ci ildə Bakıda, 2022-ci ildə isə Almaniyada nəşr olunub. “Amazon” və “Thalia” kimi böyük internet satış saytlarında oxuculara təqdim edilib.

Tarix
2026.09.01 / 11:20
Müəllif
Kult.az
Digər xəbərlər

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

İlham Əliyev Narenda Modi ilə görüşdü - Foto

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla