Yuxarı

Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı

Türkiyədə kapital bazarlarını sarsıdan irimiqyaslı fond qalmaqalı və onun ardınca baş verən ləğvetmə prosesi fonunda bazarlarda misli görünməmiş vəsait axını müşahidə edilib.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, “Pusula Portfolio” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Yarızın saxlanılması və Kapital Bazarları Şurasının (SPK) 7 şirkətə məxsus 131 fondu ləğv etmək barədə qərar verməsindən sonra özəl banklardan birindəki fond hesabından gün ərzində nəhəng məbləğdə – 45 milyard lirə (1 milyard 566 milyon 993 min 586 AZN) vəsait çıxarılıb.

Məlumata görə, cəmi 8 investorun iştirak etdiyi özəl bir fondun ümumi aktivləri investorlardan birinin bütün kapitalını sistemdən çıxarması nəticəsində 52 milyard 886 milyon lirədən (1 milyard 840 milyon 907 min 993 AZN) 7 milyard 418 milyon lirəyə (258 milyon 328 min 141 AZN) düşüb. Cəmi bir gün ərzində baş verən 45 milyard lirəlik bu nəhəng vəsait çıxışı hətta iqtisadçıları da heyrətləndirib. Bu külli miqdarda vəsaitin hara – daha dəqiq desək, hansı maliyyə alətinə və ya investisiya vasitəsinə yönəldiləcəyi ilə bağlı ehtimallar davam edir.

Tarix
2026.09.22 / 15:27
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla