Yuxarı

Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlər - “İmprotex Motors” və “İmprotex Trucks & Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Motors”un 108 545.92 manat, “İmprotex Trucks & Buses”in isə 970 909.88 manat vergi borcu yaranıb.

Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.

“İmprotex Motors” şirkəti 1997-cu ildə dövlət qeydiyyatına alınıb. Yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “İmprotex Motors” şirkətinin əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.

“İmprotex Trucks & Buses” şirkəti isə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “MAN Truck & Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.

Tarix
2026.09.22 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla