Yuxarı

Bu avtobuslar "Avtovağzal" və "Xocəsən"də dayanacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtobuslar "Avtovağzal" və "Xocəsən"də dayanacaq

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək metronun "Avtovağzal" və "Xocəsən" stasiyalarından rahat istifadə edə bilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bu dayanacaqlardan Bakı-Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.

Belə ki, metronun "Avtovağzal" stansiyasının ("Piramida" tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq üç hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.

Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayacaq.

Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat və maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.

Eyni zamanda Lökbatan qəsəbəsindən gələn 130 nömrəli və Xocəsən qəsəbəsindən gələn 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi metronun "Xocəsən" stansiyası təyin edilib.

Tarix
2026.09.22 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla