Yuxarı

Bu xəstəxananın mətbəxi yanıb külə döndü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xəstəxananın mətbəxi yanıb külə döndü - Foto

Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, sentyabrın 22-də saat 02:15-də Qazax şəhəri Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən, 98 nəfər xəstənin müalicə aldığı ikimərtəbəli xəstəxananın mətbəxində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Müalicə alan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın nəticəsində xəstəxanaya bitişik, ümumi sahəsi 180,82 kvadratmetr olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları, həmçinin qab yuyulan, işçilər üçün nəzərdə tutulan, yemək bişirilən və xəstələrin yemək yediyi otaqlar, ərzaq anbarı yanaraq yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində xəsarət alan olmayıb.

Xəstəxanada müalicə alan xəstələrin qidalanmasının təmin edilməsi məqsədilə 5 günlük ərzaq ehtiyatı yaradılıb. Mətbəx təmir edilənədək xəstəxananın həyətində 50 nəfərlik çadır qurulub, yemək hazırlanması üçün müvəqqəti mətbəx yaradılıb.

Yanğının başvermə səbəbləri və digər hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Tarix
2026.09.22 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla