Yuxarı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta Azərbaycanı daim hədələyirdi:

"Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, "Qarabağ Ermənistandır və nöqtə" sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı.

"O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur".

Tarix
2026.11.08 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla