Yuxarı

Kimsə desəydi, ruslar bu qədər itki verib, inanmazdım

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kimsə desəydi, ruslar bu qədər itki verib, inanmazdım

Rusiya ordusu bütün imkanlarını səfərbər edərək hücuma keçir və müharibənin dondurulmasından əvvəl mümkün qədər çox ərazi tutmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Qüvvələrinin baş leytenantı, “Aleks” ləqəbli hərbçi bildirib.

O qeyd edib ki, noyabrın ilk həftəsi başa çatsa da, cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə Donetsk vilayətində Rusiya qüvvələrinin itkiləri və canlı qüvvənin hərəkəti ilə bağlı qeydə alınan göstəricilər dəfələrlə artıb.

Hərbçinin sözlərinə görə, mövcud temp davam edərsə, noyabr ayında Rusiya ordusunun itkiləri müharibə başlayandan bəri rekord həddə çata bilər.

Aleks bildirib ki, hava şəraitinin pisləşməsi və mövsümi amillər səbəbindən Rusiya ordusunun hücum fəallığının azalacağı gözlənilirdi. Lakin Rusiya qüvvələri kvadrosikllər, motosikletlər və piyada bölmələrindən istifadə etməklə açıq ərazilərdə hücumlarını davam etdirir.

O, hər gün təsdiqlənən Rusiya hərbçisi itkilərinin sayından heyrətləndiyini də vurğulayıb:

“Bu rəqəmlər inanılmazdır. Kimsə mənə bu rəqəmləri sübutsuz desəydi, inanmazdım. Lakin hər bir öldürülmüş hərbçi ilə bağlı video mövcuddur”.

Tarix
2026.11.08 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Azərbaycanın yanında olmaqdan qürur duyuruq - Şərif

Prezident xalqımızın torpaq həsrətinə son qoydu

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla