Yuxarı

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin X sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığınız səmimi təbriklərə görə təşəkkür edirəm.

8 noyabr torpaqlarımızın azad edilməsini və təxminən otuz illik işğalın sona çatmasını qeyd edən, xalqımız üçün əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız bizim daimi dostluğumuzun və qardaşlığımızın daha bir sübutu idi", - paylaşımda deyilir.

Qeyd edək ki, Ş. Şərif təbrikində 8 Noyabrı Azərbaycan xalqının cəsarət, qətiyyət və fədakarlığının tarixi sübutu adlandırıb.

Tarix
2026.11.08 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla