Yuxarı

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

Polşadakı diaspor nümayəndələrinin və Azərbaycan Respublikasının səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycana qarşı təxribatın qarşısı alınıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat ölkədəki Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrində yayımlanmasından dərhal sonra Azərbaycan Respublikasının Polşadakı səfirliyi bu materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib.

“Məhsulun” istehsalı və eyni zamanda satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezarı Popiel ilə əlaqə saxlanılıb və məsələ ilə bağlı Azərbaycan Respublikasının kəskin etirazı bildirilib. Qarşı tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edildiyini vurğulayıb.

Səfirliyin təklifinə əsasən Çezare Popiel diplomatik nümayəndəliyi yazılı şəkildə məlumatlandırıb. Məktubda bildirib ki, “təsvirin” çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata keçirilməyib, çapın hazırlanma mərhələsində “insan amili” nəticəsində baş verib. Məktubda həmçinin çap məhsulunun satışının tam dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək çap materiallarında həmin “təsvirin” istifadəsinin qarşısının alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib.

Çezare Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycan Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Polşadakı səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlamış, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş və müvafiq ünvanlara müraciətlər etmiş Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

Tarix
2026.09.21 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla