Yuxarı

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

Erməni siyasi şərhçi Vladimir Martirosyan 20 sentyabrda Ermənistan hökumət binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığını iddia edib.

Axar.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında Ermənistan hökumət binasının qırmızı, yaşıl və göy rənglərin əks olunduğu fotosunu paylaşıb.

O iddia edib ki, İrəvandakı hökumət binassının məhz 20 sentyabrda – Azərbaycanın Dövlət Suverenliyi Günündə bu rənglərlə işıqlandırılması təsadüfi deyil.

“Bu, sadəcə rənglər məsələsi deyil. Dünyada başqa bir dövlətin milli bayramı günü simvolik binanı onun bayrağının rəngləri ilə işıqlandırmaq tanınan siyasi və diplomatik jestdir - təbrik, hörmət və ya həmrəylik ifadəsidir. Biz özümüz də dünyanın müxtəlif şəhərlərində erməni üçrəngli bayrağı ilə işıqlandırılan binaları məhz belə qəbul edirik. Deməli, eyni siyasi dil İrəvanda birdən-birə mənasız ola bilməz.

Yüzlərlə rəng, minlərlə kombinasiya var idi. Amma Azərbaycanın Suverenlik Günündə Ermənistan Hökuməti binasında məhz Azərbaycan bayrağının üç rəngi peyda oldu. İşıq qrafikası layihələndirilir, rənglər seçilir, Ermənistan hökumətinin binası isə rəng sınaqları üçün monitor deyil. Hökumət binası mesaj və simvollar nümayiş etdirmək üçün binadır", - Martirosyan yazıb.

Qeyd edək ki, Martirosyanın paylaşdığı foto əslində iddialarının həqiqəti heç də əks etdirmədiyi təəssüratı yaradır.

Tarix
2026.09.22 / 12:10
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla