Yuxarı

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş - Foto

Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyata qurub.

Kult.az Publika.az-a istinadla xəbər verir ki, P.Bülbüloğlunun yeni həyat yoldaşı Azərbaycanın əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır.

1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur.

E.Cəfərova müxtəlif mədəniyyət layihələrinin, dövlət tədbirlərinin və festivalların iştirakçısı olub. Onun Polad Bülbüloğlu ilə yaradıcılıq əməkdaşlığı da uzun illərə söykənir.

Maraqlıdır ki, 2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş “Qayıdış” adlı yubiley gecəsinin baş baletmeysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb.

Xatırladaq ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.

Tarix
2026.08.26 / 09:28
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla