Yuxarı

Türkiyədə açılış Üzeyir Hacıbəyliyə həsr olunacaq

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə açılış Üzeyir Hacıbəyliyə həsr olunacaq

Ankarada keçiriləcək məşhur “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunacaq.

Bu barədə Kult.az-a Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Məlumata görə, mərasim Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyi arasında həyata keçirilən ortaq layihə çərçivəsində baş tutacaq.

“CSO Ada Ankara” Ana Salonunda təqdim olunacaq "İki dövlət - bir səhnə: Qardaş nəğmələr" (İki Devlet – Bir Sahne: Kardeş Ezgiler) adlı möhtəşəm konsert proqramı 19 sentyabr tarixində reallaşdırılacaq.

Ankara Dövlət Opera Orkestri, TRT Birləşmiş Xorunun müşayiəti, Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçiriləcək konsertdə Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri iştirak edəcək.

Proqramın repertuarında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, Azərbaycan və türk bəstəkarlarının seçilmiş əsərləri yer alacaq.

Tarix
2026.09.01 / 18:27
Müəllif
Kult.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla