Yuxarı

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) Dəmir yolu infrastrukturunun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.

Axar.az xəbər verir ki, müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti yoxlanılır. Elektrikləşmiş xətlərdə isə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.

ADY-nin müasir texnologiyalarla, o cümlədən ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş xüsusi diaqnostika qatarı vasitəsilə dəmiryol infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirilir.

Aparılan yoxlamalar zamanı hər hansı uyğunsuzluq və ya qüsur müəyyən edildikdə, onun dəqiq yeri barədə aidiyyəti sahə mütəxəssislərinə məlumat verilir. Bundan sonra həmin əraziyə baxış keçirilir və müəyyən edilmiş problemin xarakterindən asılı olaraq müvafiq tədbirlər görülür.

Belə tədbirlərə relslərin dəyişdirilməsi, dəmir yolu xəttinin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər daxildir.

Diaqnostika qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, onların operativ şəkildə aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.

Tarix
2026.09.01 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla