Yuxarı

Rusiya 600 min nəfəri səfərbər edir? - Kəşfiyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 600 min nəfəri səfərbər edir? - Kəşfiyyat

Rusiya nəzəri olaraq 600 min nəfəri səfərbər edə bilər, lakin eyni vaxtda bu qədər işğalçını hazırlamaq üçün kifayət qədər resurslara malik deyil.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib.

Qurumun açıqlamasında bildirilib ki, Rusiyada belə genişmiqyaslı çağırış üçün resurs bazası mövcuddur. Lakin 600 min nəfərin hamısının eyni vaxtda hazırlanması təlimatçıların, poliqonların və maddi-texniki bazanın çatışmazlığı səbəbindən kəşfiyyat orqanı üçün real görünmür.

Bununla yanaşı, Ukrayna kəşfiyyatı qeyd edib ki, Rusiyada müqavilə əsasında hərbi xidmətə cəlbetmə tempinin azalmasına baxmayaraq, Kreml Ukraynaya qarşı müharibə üçün hər ay 100 minə qədər yeni döyüşçü hazırlamaq imkanına malikdir.

Ukrayna kəşfiyyatı proqnozlaşdırır ki, hətta Rusiyada kütləvi səfərbərlik elan olunsa belə, Kreml yeni şəxsi heyətin hazırlıq prosesini eyni vaxtda deyil, bir neçə ay ərzində mərhələli şəkildə həyata keçirəcək.

Qeyd olunur ki, Rusiyada yeni səfərbərlik ehtimalı Qərb diplomatlarının Kremlin Rusiya Dövlət Dumasına keçirilən seçkilər başa çatdıqdan sonra genişmiqyaslı çağırışa hazırlaşması barədə məlumatları fonunda daha da aktuallaşıb:

“Rusiyada belə bir addımın atılması üçün formal hüquqi baza artıq hazırlanıb. Lakin hakimiyyət nümayəndələri rəsmi olaraq bu planları təkzib etməkdə davam edirlər.

Bununla paralel olaraq, işğal olunmuş Ukrayna ərazilərindəki işğalçı administrasiya da məcburi hərbi çağırış üçün zəmin hazırlayır”.

Tarix
2026.09.22 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla