Yuxarı

Putinlə görüş həyatımın heç də yaxşı günü olmayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə görüş həyatımın heç də yaxşı günü olmayacaq

Ukrayna dövləti Rusiya ilə liderlər səviyyəsində şəxsi danışıqlara icazə verir. Əsas məsələ görüşün konkret nəticəsinin olmasıdır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Zelenski Putinlə şəxsən danışıqlar masasına oturmağa hazır olub-olmadığına dair suala cavab olaraq deyib:

"Əgər praktiki məntiqə uyğundursa, bunu nəzərdən keçirməyə hazıram. Bu, mənim üçün normaldır, baxmayaraq ki, bu, mənim istəyim deyil və əlbəttə ki, həyatımın ən yaxşı günü olmayacaq".

Eyni zamanda, Zelenski Putini Ukraynanın düşməni hesab etdiyini təkrarlayıb:

"Onun əsl məqsədini bilirəm. O düşməndir və mən onun əsl məqsədini bilirəm: kifayət qədər güclü deyiliksə və ya təhlükəsizlik zəmanətimiz yoxdursa, bizi işğal etmək".

Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri bu kontekstdə əsas məsələlərdən biridir. Onun üçün bu, Rusiyanın Ukraynanın işğalını davam etdirə bilməyəcəyinə inam deməkdir.

Zelenski Putinlə şəxsi söhbətin mümkünlüyünü istisna etməyib.

Xatırladaq ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu yaxınlarda Kremlin Ukrayna və ABŞ-ın iştirakı ilə yeni üçtərəfli görüşə ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu cür danışıqların aparılması məsələsi artıq Amerika nümayəndələri ilə müzakirə olunub.

Tarix
2026.09.22 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla