Yuxarı

Belə davam etsə, Rusiya məğlub olacaq - Züqanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belə davam etsə, Rusiya məğlub olacaq - Züqanov

Mövcud siyasi kurs və Ukraynaya qarşı müharibə davam edəcəyi təqdirdə Rusiya son nəticədə məğlub olacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.

Züqanov Moskvanı “ədalət, dostluq və sosializm” siyasətinə keçməyə çağırıb:

“Əgər siyasi kurs dəyişməsə və bu yorucu müharibə davam etsə, hamı uduzacaq. Sol mərkəzçi dönüş olmadan, ədalətə, dostluğa və sosializmə qayıtmadan bu qələbəni möhkəmləndirmək mümkün deyil”.

O, Kremlin hazırkı iqtisadi siyasətini də tənqid edib. Partiya lideri qiymətlərin artdığını və Rusiyanın texnoloji baxımdan geridə qaldığını qeyd edib:

“Biz 20 il ərzində heç olmasa, öz telefonumuzu belə istehsal edə bilməmişik”.

Züqanovun sözlərinə görə, dünya iqtisadiyyatı ildə 3–4% böyüdüyü halda, Rusiya artıq 15 ildir ki, təxminən 1% artım nümayiş etdirir.

Bundan əlavə, Züqanov Ukraynaya qarşı genişmiqyaslı müharibə illərində Rusiyadakı oliqarxların sayının 105 nəfərdən 155 nəfərə yüksəldiyini bildirib. Onun sözlərinə görə, rusiyalı oliqarxların ümumi sərvəti 700 milyard dollar təşkil edir.

Tarix
2026.09.22 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla