Yuxarı

Xərçəng və qidalar barədə həqiqət – “Total hücum”dur?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəng və qidalar barədə həqiqət – “Total hücum”dur?

İstənilən xəstəliyin qidalanma və qida təhlükəsizliyi ilə müəyyən bağlılığı var. Xərçəng xəstəliyi də bu baxımdan istisna deyil. Lakin xərçəngin yaranmasının yalnız qidalanma ilə birbaşa əlaqəli olduğu elmi cəhətdən təsdiqlənməyib.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Naib Niftəliyev son vaxtlar xərçənglə bağlı xəbərlərin artması və qidaların səbəb kimi göstərilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, qida rasionunun pozulması, bəzi qida komponentlərinin həddindən artıq və ya qeyri-kafi qəbulu, uzunmüddətli stress, ciddi psixoloji və sosial amillər, eləcə də digər həyat tərzi və ətraf mühit şərtləri insan sağlamlığına mənfi təsir göstərə bilər:

“Bu amillər bəzi hallarda xəstəliklərin inkişaf riskinin artmasına və orqanizmdə ciddi fəsadların yaranmasına səbəb ola bilər. Bu baxımdan xərçənglə bağlı müzakirələr həmişə diqqət mərkəzində olub. Xərçəngin müalicəsi və yaxud profilaktikası, fəsadlarının erkən mərhələdə aradan qaldırılması ilə bağlı tibbi nəticələr var. Bu müvəqqəti və qismən reabilitasiya xarakteri daşıyır. Müalicəyə vaxtında başlanılması və yarana biləcək fəsadların qarşısının alınması ciddi əhəmiyyət daşıyır. Təəssüf ki, bütün xərçəng növləri üzrə tam sağalma mümkün olmur. Bununla yanaşı, xüsusilə erkən mərhələdə aşkar edilən bəzi xərçəng növlərindən tam sağalan çoxsaylı insan da var”.

Sosioloq bildirib ki, xərçəng xəstələrinin və bu xəstəliklə bağlı risklərin artması problemin yalnız qidada axtarılmasının düzgün olmadığını göstərir:

“Sağlam və balanslaşdırılmış qidalanma, düzgün qida rejimi, şəkər və ət məhsullarının, eləcə də digər qida komponentlərinin normada və balanslı qəbul edilməsi ümumi sağlamlığın qorunmasına və bir sıra xəstəliklərin riskinin azaldılmasına kömək edə bilər. Sağlam mühit, uyğun həyat şəraiti, psixoloji rifah, stressin idarə olunması, fiziki aktivlik, tibbi müayinələr və vaxtında müalicə də mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, qida keyfiyyəti ilə xərçəng arasında əlaqənin müəyyən tərəfləri olsa da, xərçəngin yaranmasını yalnız qidalanma ilə izah etmək elmi baxımdan düzgün deyil. Bu xəstəlik çoxsaylı bioloji, genetik, həyat tərzi və ətraf mühit amillərinin qarşılıqlı təsiri ilə əlaqəli mürəkkəb bir problemdir”.

Tarix
2026.09.22 / 09:00
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla