Yuxarı

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyayeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Axar.az xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşıladı.

“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Ekspozisiya fəxri qonaqları qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloriti ilə tanış edir.

Sərgidə, həmçinin keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini əks etdirən digər əl işləri təqdim olunur.

Qonaqlar üçün konsert proqramı hazırlanıb. Yaradıcılıq kollektivləri və ifaçılar milli mədəniyyətin gözəlliyini, ənənələrin zənginliyini, qırğız xalqının qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.

Tarix
2026.09.01 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla