Yuxarı

Məhkəməni AYB qazandı: Şair təzminat ödəyəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəməni AYB qazandı: Şair təzminat ödəyəcək

Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.

Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmiş AYB üzvü İlham Qəhrəman bildirib.

Şairin sözlərinə görə, məhkəmə 500 manat məbləğində təzminat ödənilməsi, təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar verib.

İlham Qəhrəman qərardan narazı olduğunu və Apellyasiya Məhkəməsinə şikayət edəcəyini vurğulayıb:

"Mən 500 manat təzminatı ödəyərəm, ancaq təkzib vermək və üzr istəmək mümkün deyil".

AYB məhkəmə iddiasında İlham Qəhrəmandan cavabdeh kimi 5000 manat təzminat tələb edirdi. Məhkəmə iddianı qismən təmin etməklə təzminatı 500 manata endirib.

Qeyd edək ki, bu il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib. Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.

Tarix
2025.10.24 / 13:40
Müəllif
Kut.az
Digər xəbərlər

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla