Yuxarı

Mais Nuriyev vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mais Nuriyev vəfat etdi

İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın əməkdar artisti, İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib.

Bu barədə Kult.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Milandakı "Aida" və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.

Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi, milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdə layiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onun yorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irisini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb.

Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb.

Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əməkdar artist fəxri adı alıb, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.

Tarix
2025.10.25 / 23:45
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla