Yuxarı

Sayman Aruza "havadar" olan iki qovulmuş şəxs... - AYB

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sayman Aruza "havadar" olan iki qovulmuş şəxs... - AYB

Təəssüf ki, hələ də bəzi sosial şəbəkələrdə Yazıçılar Birliyinin hər bir hərəkəti bilərəkdən tərs yozulur, onlar barədə yalan məlumatlar verilir. Belə faktlardan biri də Güney Azərbaycan Ədəbiyyatı komissiyasının işi ilə bağlı AYB katibliyinin verdiyi qərardır.

Bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzayev bildirib.

“Dekabr ayının 23-də AYB Katibliyi bu komissiyanın işini və AYB sədrinin müşaviri Sayman Aruzun fəaliyyətini müzakirə edib.

Sayman Aruzun da iştirak etdiyi toplantıda onun fəaliyyətində müəyyən nöqsanlar qeyd edilib. Sayman Aruz həm adı keçən komissiyanın sədri, həm də AYB sədrinin müşaviri kimi iki vəzifə tutduğundan Güney Azərbaycan ilə bağlı bütün məsələləri öz inhisarında saxlamağa çalışdığı qeyd edilib. Bu cəhətdən Sayman Aruzu Cənubi Azərbaycan ədəbiyyatının bilicisi kimi sədrin müşaviri vəzifəsində saxlamaq qərarı alınıb, eyni zamanada komissiya sədrliyinə o taylı-bu taylı Azərbaycanda yüksək nüfuz sahibi olan xalq şairi Sabir Rüstəmxanlının namizədliyi irəli sürülüb. Eyni zamanda komissiyanın tərkibi də genişləndirilib. Toplantıda iştirak edən Sayman Aruz da Sabir Rüstəmxanlının namizədliyini dəstəkləyib.

Bu məsələ ilə bağlı nizamnaməni pozduqları üçün (qocaman yazıçı Balaş Azəroğluna çirkin böhtan atdığı üçün) Yazıçılar Birliyindən xaric edilmiş birisi və AYB-yə qarşı şər-böhtan kampaniyası apardığına görə məhkəmə tərəfindən cəzalandırılmış başqa birisi vaxtiylə Birliyin üzvlüyündən xaric edilib. İndi həmin adamlar guya ki, Sayman Aruza havadar olub, Yazıçılar Birliyindən heyflərini çıxmağa cəhd edirlər.

Bir yanlış da ondan ibarətdir ki, guya Katibliyin qərarına Cənubi Azərbaycandan 200 nəfər şəxsin imzası ilə gələn məktub təsir edib. Nə Sayman Aruzun əleyhinə yazılmış bu məktub, nə də İrandan onu müdafiə edən məktubların Yazıçılar Birliyinə göndərilməsi Katibliyin qərarına heç bir təsir göstərməyib və göstərə də bilməzdi. Sayman Aruzun işindəki nöqsanları komissiyanın üzvləri də göstəriblər. Sayman Aruza Sabir Rüstəmxanlı kimi görkəmli ziyalımızın rəhbərlik etdiyi və tərkibi genişləndirilmiş komissiya ilə sıx əməkdaşlıq şəraitində Cənubi Azərbaycan ədəbiyyatını ölkəmizdə daha geniş və daha obyektiv tanınması üçün konkret tədbirlər görülməsi yolunda çalışmağı təklif edirik.

Onu da qeyd edək ki, nə komissiyanın sədri, nə də müşavirlər Qurultay tərəfindən təyin olunmur. Yalnız AYB katibliyinin qərarı ilə təsdiq olunurlar.

Yeri gəlmişkən, AYB sədrinin başqa bir müşaviri Rauf Aslanovun guya sədrin hökumət telefonu ilə haralarasa zəng etməsi də heç bir konkret faktla təsdiq edilməyən böhtandır.

Xalqımızın ən gözəl cəhətlərindən biri yaşlı adama, ağsaqqala hörmətlə, ədəblə yanaşmaqdır. Ədəbiyyatda da hər kəsin yeri yaradıcılıq xidmətlərinə görə müəyyənləşir. Sabir Rüstəmxanlı kimi ədəbiyyatımızda danılmaz xidmətləri olmuş bir şəxs yaşına görə onun gördüyü faydalı işlərin yarısını da görməmiş, nisbətən cavan adama qarşı qoymaq mənəviyyatsızlıqdır”, - deyə bildirilib.

Tarix
2025.12.30 / 18:53
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla