Yuxarı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində Xankəndi və Ağdamı azad edilmiş bölgələrin əsas şəhərləri olacağı barədə sözləri maraqla qarşılanıb.

Axar.az xəbər verir ki, Globalinfo.az bu şəhərlərin “paytaxta alternativ” ola biləcəyini vurğulayıb.

Deputat Arzuxan Əlizadə xatırladıb ki, Prezident müsahibəsində azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək, bu rəqəmin daha da arta biləcəyini vurğulayıb:

“Bu il Xankəndiyə ciddi həcmdə investisiya qoyulub, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Vətəndaşların qayıtmasını təmin etmək məqsədilə ardıcıl və sistemli tədbirlər görülür. Bu çərçivədə Qarabağ Universiteti fəaliyyətə başlayıb və hazırda təxminən 1400-1500 tələbə müxtəlif fakültələr üzrə təhsil alır. Fakültələrin sayı artırılır, yeni tədris korpusları inşa edilir və bu sahədə gələcəkdə də mühüm irəliləyişlər gözlənilir. Eyni zamanda Xankəndidə daimi məskunlaşma prosesinə də ciddi şəkildə start verilib”.

Deputat bildirib ki, Ağdam şəhərinin 100 min nəfərlik əhali üçün planlaşdırılması əsas hədəflərdən biridir:

“Şəhərdə genişmiqyaslı tikinti işləri aparılır, müasir infrastruktur yaradılır, yollar, otellər, istehsal müəssisələri və Ağdam Sənaye Parkı çərçivəsində layihələr həyata keçirilir. O cümlədən, Ağdamın ətraf kəndlərində də formalaşma prosesi gedir və məskunlaşma artıq başlayıb. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, məşğulluğun artırılması, yeni müəssisələrin və iş yerlərinin yaradılması, eləcə də gələcəkdə Zəngəzur kommunikasiya qovşağının açılması regionun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək”.

Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan hökuməti bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görür:

“Bütün bu proseslər uzun illər ərzində Bakıya yönəlmiş intensiv miqrasiyanın azalmasına da təsir göstərə bilər. Paytaxtda yaranmış sıxlıq, tıxaclar və mövcud infrastrukturun artan tələblərə cavab verməməsi ciddi narahatlıq doğurur. Bu baxımdan regionlarda məskunlaşmanın təşviqi xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bu məsələyə dövlət səviyyəsində ciddi yanaşıldığını bir daha nümayiş etdirir. Lakin bütün sadalananların fonunda iki şəhərdən hansının “paytaxt perspektivi” anlayışı daşıyacağını indidən demək mümkün deyil. Gələcəkdə hər iki şəhərdəki məskunlaşma, quruculuq və yaradılan infrastruktur şəraitinə baxaraq bu barədə müəyyən mənada fikir bildirmək olar”.

Tarix
2026.01.07 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla