Yuxarı

Ölkəyə 8 min tabutun gətirilməsi ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəyə 8 min tabutun gətirilməsi ilə bağlı rəsmi açıqlama

Azərbaycana Çindən 8 min ədəd tabutun gətirilməsi barədə sosial şəbəkələrdə yayılmış xəbərə aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə 8 min ədəd taxta paltar sancağı gətirilib. Sadəcə, gömrük bəyannaməsində malın təsviri və 2 kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma olub:

"Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib".

Qeyd edilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.

Xatırladaq ki, Azərbaycana Çindən 8 min tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub və geniş müzakirələrə səbəb olub.

Tarix
2026.01.07 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla