Yuxarı

Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir

Artıq ali təhsil müəssisələrində qış imtahan sessiyası başlayıb. Hər universitetin imtahan sistemi əsasən onun daxili qayda və siyasətinə uyğun formalaşır. Buna baxmayaraq, demək olar ki, universitetlərin imtahan sistemi arasında müəyyən oxşarlıqlar mövcuddur. Azərbaycan ali təhsil müəssisələri arasında isə imtahan sistemində bir yeniliyə imza atan Lənkəran Dövlət Universiteti var.

Axar.az Azedu.az-a istinadla xəbər veriri ki, universitetdə tələbələr özlərinin imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər:

Tələbələr imtahan gününə qədər istənilən vaxt öz imtahan və kollokvium vaxtlarını elektron qaydada şəxsi kabinetlərinə daxil olaraq seçə və vaxtı dəyişə bilərlər. Hər hansı bir səbəbdən imtahanda və ya kollokviumda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan və kollokvium vaxtlarını dəyişə bilər və ya tələbə seçdiyi imtahana gəlib imtahan suallarını alarkən öz fikrini dəyişib başqa fəndən imtahanı seçə bilər.

Tələbə istəyinə uyğun olaraq imtahanlarını (kollokviumlarını) imtahan üçün ayrılmış müddətin əvvəlində, həmin müddətin sonunda, və ya imtahanlara daha yaxşı hazırlaşa bilmək üçün ayri-ayrı fənlərin imtahanları arasında interval saxlaya bilər. Bununla da tələbələrə təhsil trayektoriyasının, bilik-bacarıq səriştələrinin müəyyənləşdirilməsi zamanı tam sərbəstlik verilib.

Artıq 4 ildir ki, Lənkəran Dövlət Universitetində tətbiq olunan bu sistem Azərbaycan ali təhsil müəssisələrində bir ilkdir.

Tarix
2026.01.07 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla