Yuxarı

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu gün Azərenerji ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi və Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə zəmanət sazişi imzalanıb.

Axar.az xəbər verir ki, 173,5 milyon dollar məbləğində olan kredit sazişini Azərenerji ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb.

Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan bərpaolunan enerji mənbələri üzrə stansiyaların (BOEM) enerji ötürücü infrastrukturunun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan hökumətinin iştirak payı (31,2 milyon dollar) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi Azərenerji ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpaolunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 kilometr olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq “Nəvahi” yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

Nazir Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib.

Tarix
2025.07.01 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

Azərbaycanda və Hindistanda su itkisinin həcmi...

Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...

Onlar Bakıdan Ermənistana gedəcək

TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri

Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla