Yuxarı

“OBA” SAP Quality Awards 2025-in qalibi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“OBA” SAP Quality Awards 2025-in qalibi oldu

“OBA” marketlər şəbəkəsində tətbiq olunan SAP SuccessFactors layihəsi 24 ölkə arasından seçilərək “Biznes Transformasiyası” nominasiyasında beynəlxalq mükafatla təltif olunub.

Mükafat çərçivəsində şirkətlərdə insan resursları funksiyalarının rəqəmsallaşdırılması, proseslərin optimallaşdırılması və əməkdaş təcrübəsinin yaxşılaşdırılması üzrə həyata keçirilən təşəbbüslər qiymətləndirilib. OBA-da SAP SuccessFactors layihəsi işə qəbul, performans, təlim və inkişaf kimi əsas HR proseslərini vahid platforma üzərindən idarə etməklə əməliyyat səmərəliliyini artırmağı məqsəd qoyub. Qiymətləndirmə zamanı layihə üzrə aşağıdakı istiqamətlər ön plana çıxıb:

• proseslərin rəqəmsallaşdırılması;

• əməliyyatların optimallaşdırılması;

• təşkilati çevikliyin artırılması;

• əməkdaş məhsuldarlığı və məmnuniyyətinin yüksəldilməsi.

Məsələ ilə bağlı verilən açıqlamada rəqəmsallaşmada insan amilinin əhəmiyyətinə diqqət çəkilib: “Strategiya və texnologiya nə qədər inkişaf etmiş olsa da, onları həyata keçirmək və davamlı optimallaşdırmaq üçün insanlara ehtiyac var. Bu mükafat OBA komandasının birgə səylərinin nəticəsidir”. 2016-cı ildən fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsi hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.

Tarix
2026.01.13 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türk tiktoker: İlham Əliyev hamıya elə cavab verdi ki... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla