Yuxarı

Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağan olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağan olundu

Vergi borcları olan daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyulub.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, “Nurdash” və “Eurostone” şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 134 min 441 manat vergi borcları yaranıb. Ancaq bu borclar vaxtında aidiyyəti üzrə ödənilməyib.

Borcların ödənilməsi ilə bağlı şirkətlərə dəfələrlə bildirişlər göndərilib. Lakin yenə ödənişlər yerinə yetirilməyib. Nəticədə son olaraq, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, şirkətlərin rəhbəri qarşısında iddia qaldırıb.

İddiada qeyd olunan ödənişlər yerinə yetirilməyənədək şirkətlərin rəhbəri, 39 yaşlı Bəhruz Nuriyevin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

Məhkəmə vergi idarəsinin iddiasını təmin edib. Qərara əsasən, “Nurdash” və “Eurostone” şirkətlərinin 134 min 441 manat vergi borcları ödənilənədək onların rəhbəri B.Nuriyevin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, adı çəkilən şirkətlər tikinti materiallarının satışı ilə məşğul olur.

Tarix
2026.10.03 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla