Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
19:00
| Ana səhifə İdman |
|
Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma keçirilib.
Axar.az xəbər verir ki, "Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edib.
Görüş 2-2 hesabı ilə başa çatıb. “Araz-Naxçıvan”ın heyətində Patrik Andrade (22-ci dəqiqə) və Ağadadaş Salyanski (62-ci dəqiqə), qonaqların heyətində isə Eren Aydın (69-cu dəqiqə) və Mehdi Mişahşah (87-ci dəqiqə) fərqləniblər.
Bu nəticədən sonra 16 xalı olan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 3 xalla sonuncu – 12-ci yerdədir.
Hazırda “Qarabağ” Qəbələdə yerli komanda ilə qarşılaşır.
Qeyd edək ki, turun ötən gün keçirilən oyununda “Turan Tovuz” öz meydanında “Sabah”ı 3-2 hesabı ilə məğlub edib.
|
Tarix
2026.10.31 / 18:17
|
Müəllif
Axar.az
|